Ukraynanın taleyi bu hadisədən asılıdır: 2024-cü ildə… – KİV

“2024-cü il prezident seçkisində Respublikaçılar qələbə qazansa, Ukraynanın gələcəyi sual altına düşəcək”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Vaşinqton Post” qəzeti çıxış edib.

“Avropanın siyasi dəstəyi vacib olsa da, onun hərbi töhfəsi Vaşinqtonun tədarük etdiyi böyük miqdarda silahla müqayisədə çox azdır. Əgər respublikaçılar qalib gəlsə, ABŞ-ın gələcək öhdəlikləri sual altına düşəcək. Bu halda ABŞ-ın silah məsələsinin müzakirəsinə çox vaxt tələb olunacaq. Bu isə Ukraynanın uğur şansını azaldacaq”, – məqalədə bildirilib.

Zaira Akfiqızı
Globalinfo.az