İki ölkə lideri Ərdoğanı təbrik etdi

Macarıstanın Baş naziri Viktor Orban və Qətər Əmiri Təmim bin Həməd Əl Sani Rəcəb Tayyib Ərdoğanı öncədən təbrik ediblər. 

Globalinfo.az xəbər verir ki, hər iki lider öz tvitter səhifələrində Türkiyə Prezidentinə təbrik ünvanlayıblar.

Macarıstanın Baş naziri “Prezident Rəcəb Tayyib Ərdoğanı şübhəsiz qələbəsi münasibətilə təbrik edirəm”-deyə, paylaşım edib.

Qətər Əmiri isə “Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, qələbən münasibətilə səni təbrik edirəm. Qardaş türk xalqımız üçün arzularımızın həyata keçməsi, tərəqqi və firəvanlıq, xalqlarımız arasında güclü əlaqələr arzu edirəm” deyə, paylaşımında qeyd edib.