İki məşhur eyni serialda çəkiləcək

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ və aktrisa Serenay Sarıkaya tərəf-müqabil olublar.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onların rol aldığı serial “Ailə” adlanır.

“Ay Yapım” şirkətinin istehsalı olan ekran işində Tatlıtuğ “Aslan”, Sarıkaya isə “psixoloq Devin” obrazını canlandıracaq.

Qeyd edək ki, daha əvvəl “psixoloq Devin” obrazına Özge Özpirinçci dəvət olunmuşdu.

“Ailə” serialı tezliklə “Show TV”də yayımlanacaq.