İki məktəbli şirin pambıqdan zəhərləndi

İki məktəbli şirin pambıqdan zəhərləndi

Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, rayonun Səfikürd kəndinin sakinləri – Səfikürd kənd tam orta məktəbinin üçüncü sinif şagirdləri, 2016-ci il təvəllüdlü Nənəxanım Fəxri qızı Kərimova və 2016-cı il təvəllüdlü Sürəddin Elməddin oğlu Əliyev şirin pambıq yeyiblər.

Onların bir müddət sonra halı pisləşib və zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri normaldır.

Faktla bağlı araşdırma aparılır.