ikardi 53

Ağır zədədən sonra “Qalatasaray”ın heyətindən kənarda qalan argentinalı ulduz Mauro İkardi məşqlərə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə futbolçu İnstaqram hesabında paylaşım edib.

“Çalış, çalış, çalış və sevgi” başlığı ilə paylaşılan foto İkardinin “Qalatasaray”ın heyətinə qayıtmağa hazırlaşması kimi dəyərləndirilib.

Qeyd edək ki, “Qalatasaray” rəsmilərinin mövsüm sonunda müqaviləsi başa çatacaq M.İkardi üçün yeni təklif hazırladıqları bildirilir.

Son durumu merak ediliyordu: Galatasaray'da yeni Icardi gelişmesi

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: