
Bu gün Avro-2024-ün qrup mərhələsinin I turu çərçivəsində keçirilən Türkiyə və Gürcüstan yığmalarının qarşılaşmasından əvvəl xoşagəlməz insident yaşanıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, futbol üzrə Avropa çempionatının Gürcüstan-Türkiyə qarşılaşmasından əvvəl Dortmunddakı stadionda iki komandanın azarkeşləri arasında kütləvi dava olub.

