III MDB Oyunları: U-16 millimiz ilk qələbəsini qazandı

III MDB Oyunları: U-16 millimiz ilk qələbəsini qazandı

III MDB Oyunları çərçivəsində futbol yarışlarına start verilib.

Globalinfo.az bildirir ki, Azərbaycanın U-16 millisi Tacikistanla qarşılaşıb.

Görüş Azərbaycan millisinin qələbəsi ilə başa çatıb – 1:0.

Qolu 29-cu dəqiqədə Nihad Hüseynzadə rəqib qapısından keçirib.

Qeyd edək ki, III MDB oyunlarında futbol yarışlarına oktyabrın 3-də yekun vurulacaq.