III MDB Oyunları: stolüstü tennis komandamız finala çıxdı

III MDB Oyunları: stolüstü tennis komandamız finala çıxdı

Bu gün Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışlarına start verilib.

Globalinfo.az xəbər verir ki, ilk gündə Azərbaycanın qadınlardan ibarət komandası yarımfinalda Özbəkistan 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

Komanda finalda Rusiya millisi ilə üz-üzə gələcək.

Bu gün Azərbaycanın kişilərdən ibarət millisi isə 1/4 finalda Özbəkistanla görüşəcək.

Bu cütün qalibi yarımfinalda Qazaxıstanla görüşəcək.

Yarımfinalın qalibləri ertəsi gün finalda qarşılaşacaq, məğlub olanlar isə III MDB Oyunlarının bürünc medalçıları olacaq.

***09:00

Azərbaycanda təşkil olunan III MDB Oyunlarında bu gün ilk yarışa start veriləcək.

Globalinfo.az bildirir ki, bu gün Qəbələdə stolüstü tennisçilər mübarizəyə başlayacaqlar.

Stolüstü tennis yarışı Qəbələ Olimpiya İdman Kompleksində keçiriləcək.

Qeyd edək ki, yarışa 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılacaq. Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançının təmsil edəcəyi dəqiqləşib.

Yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3×3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol U-16, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə 12 məkanda təşkil olunacaq.

III MDB Oyunları Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.