III MDB oyunları: iki cüdoçumuz qızıl medal qazandı

III MDB oyunları: iki cüdoçumuz qızıl medal qazandı

Azərbaycan cüdoçusu Zeyd Ələsgərov III MDB Oyunlarının qızıl medalını qazanıb.

Globalinfo.az xəbər verir ki, idmançı 60 kq çəki dərəcəsində bu uğura imza atıb.

Eyni çəkidə yarışan Röyal Qayıbovun qazancı isə gümüş medal olub.

X X X

Azərbaycan cüdoçusu Gülşən Hüseynova III MDB Oyunlarının qızıl medalını qazanıb.

Globalinfo.az xəbər verir ki, idmançı 44 kq çəki dərəcəsində bu uğura imza atıb.

Eyni çəkidə yarışan Xədicə Abdullayevanın qazancı isə bürünc medaı olub.