Tramp Baydenin əsas səhvini açıqladı

Baydenin miqrasiya siyasəti ABŞ-ı zibilxanaya çevirib.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın eks-prezidenti Donald Tramp deyib.

“Mənim rəhbərliyim altında ABŞ tarixində ən yaxşı qorunan sərhədlərimiz var idi. Baydenin dönəmində cənub sərhədləri yox oldu və milyonlarla qeyri-leqal miqrant cəmiyyətimizə düşdü. Bu insanların çoxu təhlükəlidir. Biz zibilxana kimiyik. Şəhərlərimiz evsizlərlə, narkomanlarla və qatı cinayətkarlara doludur”, – o bildirib.

Tramp həmçinin Baydenin siyasəti ucbatından bəşəriyyətin Üçüncü Dünya müharibəsi ərəfəsinə çatdığını söyləyib.

İlkin Həsənov
Globalinfo.az