imtahan 3

Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə qəbul imtahanları tamamilə yekunlaşıb. Ən son keçirilən 14 iyul imtahanı ilə bütün qəbul imtahanları sona çatmış oldu.

İyulun 7-də keçirilən II və III qrupların imtahan nəticələri isə hələlik açıqlanmayıb. Bəs həmin imtahanların nəticələri nə vaxt elan ediləcək?

Globalinfo.az bildirir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) bununla əlaqədar Modern.az-a qısa açıqlama verilib.

Qurumdan bildirilib ki, nəticələrin önümüzdəki həftənin əvvəllərində elan edilməsi planlaşdırılır.

Paylaş: