“Türkiyə və Azərbaycan arasında olan qardaşlıq bütün dünyaya örnəkdir, xalqlarımız arasında dostluq, qardaşlıq lap qədimlərə söykənir. Acı gündə, sevincdə, kədərdə hər zaman bir birimizin yanında olduq”.
Globalinfo.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya söyləyib.
Asıl Kaya qeyd edib ki, Türkiyə Azərbaycan əlaqələri, Türkiyə Naxçıvan əlaqələri hər keçən gün daha da genişlənir: “Türkiyə və Naxçıvan arasında olan əlaqələrin genişlənməsi üçün mütəmadi olaraq çalışırıq, böyük işlər görülüb və bundan sonrakı dönəmdə də bu davam edəcək. Türkiyə olaraq hər zaman Azərbaycanın yanındayıq.
“Bildiyiniz kimi İğdır-Naxçıvan qaz kəmərinin təməli ötən ilin sentyabr ayında hər iki ölkənin prezidenti tərəfindən atılıb. Qaz kəmərinin önümüzdəki günlərdə tamamlanacağı gözlənilir. İnşallah, bitdikdən sonra gözəl bir açılışla bu Naxçıvan camaatına təqdim ediləcək” – deyə baş konsul əlavə edib.














