İdmançımız Avropa birinciliyində üç qızıl medal qazandı – FOTO

Moldovanın paytaxtı Kişineuda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Globalinfo.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Ravin Alməmmədov üç qızıl medal qazanıb.

“Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi olan atletimiz birdən qaldırma hərəkətində 137 kq-ı ram edib və bu hərəkətdə “qızıl”a layiq görülüb.

Ravin təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 162 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə də qızıl medala sahib çıxıb. Toplam 299 kq (137+162) nəticə göstərən Alməmmədov yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.