İdmançılarımız Avropa çempionatından 13 medalla qayıdır – VİDEO

Türkiyənin paytaxtı Ankarada muay-tay üzrə 23 yaşlılar arasında Avropa çempionatı keçirilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yarışda Azərbaycan idmançıları 21 nəfərlə təmsil olunub.

İdmançılarımızdan 13-ü qitə birinciliyində medal qazanıb. Onlardan 1-i qızıl, 6-sı gümüş, 6-sı bürünc medal əldə edib.

Avropa çempionatında 22 dövləti təmsil edən 379 idmançı mübarizə aparıb.

Azərbaycan Muay-Tay və Tayboksinq Federasiyasının prezidenti Araz Musayev yarışdan qayıdan idmançılarımızın qarşılanma mərasimində açıqlama verib.

O, komandamızın uğurlu nəticə qazanmasından danışıb: