Futbolçumuzun qadın hakimlə belə görüşməsi gündəm oldu – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan və İsveç milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin IX tur oyunu keçirilib.

Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsveçi 3-0 hesabı ilə məğlub edib.

Globalinfo.az xəbər verir ki, millimizin müdafiəçisi Rahil Məmmədovun qadın hakimlərlə görüşü diqqət çəkib.

Belə ki, müdafiəçi qadın hakimlərlə görüşərkən forması ilə əlini örtüb. Onun dini təriqətə əsasən naməhrəm olduqları üçün bu addımı atdığı bildirilir.

Videonu təqdim edirik: