Ayaqyolu ilə bağlı bu görüntülər haqda rəsmi açıqlama – VİDEO

Ayaqyolu ilə bağlı bu görüntülər haqda rəsmi açıqlama - VİDEO

İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı yayılan videoya aydınlıq gətirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsindən APA-ya məlumat verilib.

Bildirilib ki, vəziyyətlə maraqlanılıb və hazırda məktəbdə sanitar qovşaq təmir edilir.

“Eyni zamanda yeni məktəb binasının tikilməsi nəzərdə tutulur. Bu il plana salınıb” – qeyd olunub.

Qeyd edək ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.