Husilər Qırmızı dənizdə ABŞ-ın üç gəmisini raket və PUA hücumuna məruz qoyub.
Globalinfo.az xəbər verir ki, bu barədə husi ordusunun sözçüsü Yəhya Sariya məlumat verib.
Əməliyyat 23 ballistik və qanadlı raketlər, həmçinin pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.
ABŞ gəmilərinə hücum Təl-Əvivə və Aşkelondakı vacib hədəfə endirilən zərbələrlə eyni vaxta təsadüf edib.
“İsrailə yardım etmək üçün gedən ABŞ gəmiləri vurulub. Onlar ballistik raketlər və PUA-larla məhv edilib. Bu, husilərin dənizdəki ən böyük əməliyyatlarından biri hesab olunur”, – deyə Yəhya Sariya vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














