Gərginlik artır: ABŞ və Britaniya qüvvələri…

İranın dəstəklədiyi husilər ABŞ və Böyük Britaniyanın Yəmənin Həccə şəhərinə hücum etdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Fələstində və Qəzza zolağında müharibənin davam etdiyi bir vaxtda Qırmızı dənizdə gəmi ticarətini əngəlləyən husilərin açıqlaması təəccüb doğurub.

Belə ki, husilərə məxsus Əl-Məsirə telekanalı ABŞ və Böyük Britaniya döyüş təyyarələrinin Yəmənin Həccə şəhərinin Abes mahalına 4 hücum həyata keçirdiyi haqda məlumat yayıb.

Xəbərdə təfərrüatlara yer verilməsə də, Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Həccə şəhərinin atəşə tutulmasına xüsusi diqqət çəkilib.

ABŞ və Böyük Britaniya hələlik sözügedən hücumla bağlı açıqlama verməyib.

Əliyar Xəlil

Globalinfo.az