Yəmənin baş naziri və daha 10 rəsmi şəxsin öldüyü təsdiqləndi – ADLAR

Yəmənin baş naziri və daha 10 rəsmi şəxsin öldüyü təsdiqləndi - ADLAR

18:45

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatından olan husilər, baş nazir Əhməd Qalib ər-Rahavinin İsrail ordusunun Sənaya zərbəsi nəticəsində öldürüldüyünü təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, hərəkat üsyançı baş nazirlə birlikdə onun bir neçə nazir yoldaşının da öldürüldüyünü qeyd edib.

Onların adları açıqlanmayıb.

XXX

Məlumata görə, hökumət başçısı ilə birgə ölənlər baş nazirin müavini Cəlal ər-Ruveyşan, xarici işlər naziri Camal Amer, informasiya naziri Haşim Şərafəddin, yerli idarəetmə naziri Məhəmməd əl-Mədəni, iqtisadiyyat naziri Muin əl-Mahakri, ədliyyə naziri Mücahid Əhməd, nəqliyyat naziri Məhəmməd Kahim, əmək naziri Samir Bacala, təhsil naziri Həsən əl-Səadi və idman naziri Məhəmməd əl-Mövluddur.

Qeyd edək ki, ölən baş nazirin yerinə onun birinci müavini Məhəmməd Miftah keçib.