Husilər Britaniya tankerinə zərbə endirdi

Husilər Britaniya tankerinə zərbə endirdi

Yəməndəki  husilər Qırmızı dəniz və Hind okeanında iki ticarət gəmisinə hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya “Əl Məsirə” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, Britaniyaya məxsus “Cordelia Moon” tankerinə qanadlı və ballistik raketlər, eləcə də PUA-lar vasitəsilə zərbə endirilib. Tankerin ciddi zədələndiyi bildirilir.

Hərəkatın rəsmisinin sözlərinə görə, gəmi işğal olunmuş Fələstinin limanlarına keçid qadağasını pozduğu üçün hücuma məruz qalıb.

Qeyd edək ki, husilər Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra xarici gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bəyan ediblər.

Müşviq Tofiqoğlu
Globalinfo.az