Azərbaycanlıların məclisinə basqın: orduya çağırış vərəqəsi paylandı – ŞOK VİDEO

Rusiyanın Voronej vilayətində azərbaycanlıların tədbirinin keçirildiyi restorana basqın edilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və görüntülər yayılıb.

Bildirilib ki, Rusiya təhlükəsizlik qüvvələri restorana anidən basqın ediblər. Məclisdə iştirak edənlərin pasportları yoxlanılıb, 50 nəfərə hərbi çağırış vərəqəsi verilib.

Həmin şəxslərin azərbaycanlı olduğu, bir çoxunun hərbi komissarlığa göndərildiyi bildirilir.

Əliyar Xəlil
Globalinfo.az