Horovlu kəndinə növbəti köç: açarlar təqdim olundu – FOTOLAR

Horovlu kəndinə növbəti köç: açarlar təqdim olundu - FOTOLAR

Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Globalinfo.az xəbər verir ki, Cəbrayıl rayonu Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 37 ailə olmaqla 160 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Horovlu kəndinə növbəti köç: açarlar təqdim olundu - FOTOLAR Horovlu kəndinə növbəti köç: açarlar təqdim olundu - FOTOLAR Horovlu kəndinə növbəti köç: açarlar təqdim olundu - FOTOLAR Horovlu kəndinə növbəti köç: açarlar təqdim olundu - FOTOLAR Horovlu kəndinə növbəti köç: açarlar təqdim olundu - FOTOLAR Horovlu kəndinə növbəti köç: açarlar təqdim olundu - FOTOLAR