37e95a37 d460 4b24 9e1d 7c0910ced0a5

Honkonqda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 36 nəfərə yüksəlib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

279 nəfər itkin düşüb, 29 nəfər isə xəstəxanaya yerləşdirilib.

***21:03

Honkonqda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 14 nəfərə yüksəlib. 

***16:53

Honq Konqda yaşayış kompleksində baş vermiş yanğında ölənlərin sayı 12-yə çatıb, 16 nəfər xəsarət alıb.

***16:35

Honkonqda yaşayış kompleksində güclü yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, yanğın nəticəsində üç yaşayış kompleksində çoxmərtəbəli binalar alov içində qalıb.

Hadisə zamanı azı 4 nəfərin həlak olduğu bildirilir.

Alov bambuk konstruksiyalı dirəklərdən digər binalara sürətlə keçib.

Yanğın baş verən yaşayış komplekslərindən birində təxminən 4 min nəfər yaşayır.

Polis yanğının yayılma riskinə görə yaxınlıqdakı digər yaşayış sahələrini evakuasiya edir.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: