fff 2 3

İran və Oman Hörmüz boğazında hər iki ölkənin maraqlarına uyğun yeni mərkəzi gəmiçilik marşrutu hazırlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Press TV” mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, yeni dəhliz istifadəyə verildikdən sonra hazırda istifadə olunan şimal və cənub marşrutları bağlanacaq. Mənbənin sözlərinə görə, məqsəd Hörmüz boğazının İrana qarşı təzyiq vasitəsinə çevrilməsinin qarşısını almaqdır.

Mənbə həmçinin iddia edib ki, ABŞ Prezidenti Donald Tramp İran və Oman arasında aparılan danışıqlara müdaxilə etməyə çalışır, lakin bu cəhdlər razılaşmanın əldə olunmasını ləngidir.

Qeyd edək ki, daha əvvəl “Al Arabiya” televiziya kanalı Hörmüz boğazında gəmiçiliyin tam bərpası ilə bağlı razılaşmanın yaxın saatlarda elan oluna biləcəyini bildirib. İran isə ABŞ-la birbaşa danışıqlar aparıldığı barədə iddiaları təkzib edərək, yalnız Omanla təhlükəsiz gəmiçilik məsələsini müzakirə etdiyini açıqlayıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: