Avropa Komissiyası rəsmi Tiflisin siyasi kursunun dəyişdirilməsini tələb kimi irəli sürüb. Eləcə də Gürcüstanla Avropa İttifaqına qəbulla bağlı danışıqlara başlamaq tövsiyəsini verməkdən imtina edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının namizəd ölkələrin Aİ yolunda genişlənməsi və tərəqqisinə dair illik hesabatında dərc edilmiş bəyanatda deyilir.
“Əgər Gürcüstan öz kursunu dəyişməsə, bu onun Aİ-yə gedən yolunu sarsıdacaq. Əsas islahatların həyata keçirilməsində və Aİ-ni narahat edən məsələlərin həll olunmasında addımlar atılmasa, Avropa Komissiyası Avropa İttifaqı ilə danışıqlara başlamaq tövsiyəsini nəzərdən keçirməyəcək. Avropa Komissiyasının tövsiyəsi namizəd ölkənin ittifaqa qəbulu ilə bağlı danışıqlara başlamaq üçün əsas addımdır”, – deyə sənəddə vurğulanıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az