İsrail Hərbi Hava Qüvvələri Livanın cənub xəstəxanası yaxınlığında məscidin içərisində fəaliyyət göstərən “Hizbullah” üzvlərinə hücum edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri bildirib.
Bildirilib ki, komanda mərkəzi “Hizbullah” üzvləri tərəfindən İsrail qoşunlarına və İsrail dövlətinə qarşı terror hücumları planlaşdırmaq və həyata keçirmək üçün istifadə edilirdi.