Hizbullah lideri: Bu əməliyyat İsraili yox olmaq həddinə çatdırıb

“Fələstinin HƏMAS hərəkatının başlatdığı “Əl-Əqsa tufanı” əməliyyatı İsraili yox olmaq həddinə çatdırıb”.

Globalinfo.az xəbər verir ki, bunu Livanın Hizbullah hərəkatının lideri Seyid Həsən Nəsrullah deyib.

“Əl-Əqsa tufanı” İsraili yox olma həddinə çatdırıb. Bunun nəticələri zamanla özünü göstərəcək”, – Nəsrullah vurğulayıb.

Qeyd edək ki, HƏMAS-ın oktyabrın 7-də başlayan”Əl-Əqsa” tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməyən raket hücumuna məruz qalıb. Bundan sonra HƏMAS yaraqlıları İsrailin cənubundakı sərhəd bölgələrinə soxulub.

Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı “Dəmir Qılınclar” əməliyyatına başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhədə yaxın bütün əraziləri nəzarətə götürüb və HƏMAS-ın hədəflərinə hava zərbələri endirməyə başlayıb. İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edib.

Əliyar Xəlil
Globalinfo.az