“Hizbullah” İsrailin hərbi mövqelərinə 12 raket zərbəsi endirdi

İsrail ordusunun Livanla sərhəd bölgələrindəki mövqeləri “Hizbullah” partiyasının silahlı qanadının bölmələri tərəfindən atəşə tutulub.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, döyüşçülər İsrail ərazisinə doğru 12 raket atıblar, onların Yuxarı Qalileydəki İsrail postları ərazisinə, həmçinin Şebaa və Kfar-Şuba yüksəkliklərinə düşdüyü qeydə alınıb.

Zərbələrin nəticələri və insan itkiləri barədə məlumat verilmir.

İsrail tankları cavab olaraq Ait-əş-Şaab və əl-Xiyam yaşayış məntəqələrinin ətrafına atəş açıb.