
Qəzza zolağında hələ 73 girov qalıb.
Globalinfo.az xəbər verir ki, bunu Netanyahu Ofisinin müşaviri Dmitri Qendelman deyib.
Müşavir 19 girovun artıq azad edildiyini, daha 14-nün yaxın zamanda azad ediləcəyini gözlədiklərini deyib.
“Qəzzada 73 girov qalıb – ölü və diri. Razılaşmanın birinci mərhələsində 19 girov azad edilib, indi daha 14 girovun İsrailə qayıdacağını gözləyirik. İsrail onların hər birini evlərinə qaytarmaq məsuliyyətini daşıyır”, – Qendelman bildirib.
Aysel Əliyeva
Globalinfo.az