Hizbullah İsraili bombaladı: Onlarla raket atılıb

Livan ərazisindən İsrailə 50-dən çox raket atılıb.

Globalinfo.az xəbər verir ki, İsrailin şimalında hava hücumu siqnalı işə düşüb və Dəmir Günbəz hava hücumundan müdafiə sistemləri mərmiləri dəf edib.

Ölkə ordusu itkilərin olmadığını bildirib. Livanın Hizbullah hərəkatı İsrailin artilleriya mövqelərinə onlarla raket atıldığını təsdiqləyib.

İsrail ordusu Livandan atılan 40-a yaxın raketin İsrail ərazisinə çatdığını, bəzilərinin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini, digərlərinin isə səhra ərazisinə düşdüyünü bildirib.

Xatırladaq ki, daha öncə KİV aprelin 12-də İranın İsrailə qarşı mümkün hücumunun gözlənildiyini haqda məlumat yayıb.

Əliyar Xəlil
Globalinfo.az