Almaniyanın sağçı “Almaniya üçün Alternativ” partiyası (AfD) Hitlere bənzəyən siyasətçini hədəf alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tagesschau” qəzeti yazıb.
“Aleksandr Eyxvaldı adlı şəxs partiyanın gənclər qurultayında çıxış edib. O, Hitler kimi barmağını silkələyib və gur səslə şüarlar söyləyib. Onun tonu və üslubu Hitleri xatırladıb. İndi Aleksandrı partiyadan qovulmaq təhlükəsi gözləyir”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az