62021a18174972102541843530810482377

Qəzaya uğrayan sərnişin təyyarəsinin göyərtəsində olan 242 nəfərdən 241-i həlak olub. 

Globalinfo.az xəbər verir ki, “Air India” aviaşirkəti məlumatı rəsmi olaraq təsdiqləyib.

***

Hindistan hökuməti təyyarə qəzası zamanı ölənlərin sayını yenidən gözdən keçirib və yayımlanan rəqəmlər dəyişdirilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunur ki, daha əvvəl elan edildiyi kimi 290 yox, 240-dan çox insan həyatını itirib.

***

Hindistanın qərbində baş verən təyyarə qəzasında 290-dan çox insan həyatını itirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi polisə istinadla məlumat yayıb.

Məlumata görə, həlak olanlar arasında təyyarənin sərnişinləri ilə yanaşı, qəzanın baş verdiyi ərazidə yaşayan insanlar da var.

***

“Air India 171” reysinin qəzasında sağ qalan şəxs Böyük Britaniya vətəndaşı Vismaşkumar Rameşdir.

Globalinfo.az xəbər verir ki, bu barədə “IndiaToday” məlumat yayıb.

Mənbə sərnişinlə həmsöhbət olub və fotosunu dərc edib.

Təyyarə qalxdıqdan 30 saniyə sonra güclü bir səs eşidildi və təyyarə qəfil yerə çırpıldı. Bu, çox qəfil oldu. Özümə gəldiyim zaman ətrafımda bədənlər gördüm”, – Vişvaşkumar qəza anını belə xatırlayıb:

Xatırladaq ki, hadisə zamanı təyyarədə 242 nəfər sərnişin olub.

photo 2025 06 12 18 30 38

***

Təyyarənin qəzaya uğradığı yerdə iki nəfər sağ tapılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə yerli KİV yazır.

Məlumata görə, yaralılar Hindistan polisi tərəfindən tapılıb.

***

Hindistanda qəzaya uğrayan “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” sərnişin təyyarəsinin göyərtəsində olan 242 nəfərin hamısı həlak olub.

Globalinfo.az xəbər verir ki, həlak olanlar arasında 10 ekipaj üzvü və bort bələdçilərinin olduğu bildirilir.

İlkin məlumatlara görə, hava gəmisi quşla toqquşub və uçuş üçün optimal sürətə çata bilməyib.

***

Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 133 nəfərə çatıb.

***

Hindistanda qəzaya uğrayan təyyarənin göyərtəsində 169 Hindistan, 53 Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olub.

Globalinfo.az xəbər verir ki, təyyarənin həkimlər üçün yataqxana binasının üzərinə düşdüyü bildirilir.

***

Hindistanda təyyarə qəzası nəticəsində 40 nəfər həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Hindistan mediası hökumət mənbələrinə istinadən məlumat yayıb.

***12:59

Hindistandan Londona uçan “Air İndia” sərnişin təyyarəsi Əhmədabad hava limanında havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “İndia Today” məlumat yayıb.

Qəzadan dərhal sonra hadisə yerinə 7 yanğınsöndürən maşın cəlb edilib.

Məlumata görə, göyərtədə 242 (bəzi mənbələrə görə, 150 nəfər – red.) olub. Onların hamısının həlak olduğu deyilir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: