Hindistanda güclü partlayış: Ölən və yaralananlar var – FOTO/YENİLƏNİB

Hindistanda güclü partlayış: Ölən və yaralananlar var - FOTO/YENİLƏNİB

Dehlidə içinə bomba yerləşdirilən avtomobilin sahibi saxlanılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

***

Hindistanın paytaxtı Yeni Dehlidə güclü partlayış baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə nəticəsində səkkiz nəfər ölüb, 10-dan çox insan yaralanıb.

Hadisə Hindistan paytaxtının ən çox ziyarət edilən turistik yerlərindən biri olan tarixi Qırmızı Qalanın yaxınlığında baş verib.

Hadisə yerinə 15 yanğınsöndürmə briqadası cəlb olunub, ərazi polis tərəfindən mühasirəyə alınıb və nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Hindistanda güclü partlayış: Ölən və yaralananlar var - FOTO/YENİLƏNİB

Əliyar Xəlil

Globalinfo.az