Hindistanda dəhşət: 5 hərbçi həlak oldu

Beş hind əsgəri tanklarını Şayok çayı üzərindən keçirərkən Ladaxın dağlıq ərazilərində həlak olub.

Globalinfo.az xəbər verir ki, hərbçilərin xidmət etdiyi Hindistanın 14-cü Ordu Korpusunun mətbuat xidməti məlumat yayıb.

“Ordu tankı suyun səviyyəsinin qəfil qalxması səbəbindən Şərqi Ladaxın Saser Branqsa yaxınlığındakı Şayok çayında qalıb. Xilasetmə qrupları hadisə yerinə gəlib, lakin güclü axınlar və suyun səviyyəsinin yüksək olması səbəbindən xilasetmə əməliyyatı uğursuz alınıb və ekipaj üzvləri vəfat edib”,-deyə, qeyd edilib.

Safura Bənnayeva
Globalinfo.az