Hindistandan Trampın rüsum tətbiqinə cavab

Hindistandan Trampın rüsum tətbiqinə cavab

Hindistan Rusiya ilə sənaye və texnoloji əməkdaşlığı genişləndirmək məqsədilə yeni müqavilə imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Hindistan Ticarət və Sənaye Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

HindistanRusiya alüminium, gübrə, dəmir yolu və dağ-mədən texnologiyaları sahələrində əməkdaşlığın dərinləşdirilməsinə dair Protokol imzalayıblar,” – sənəddə qeyd olunur.

Müqavilə ABŞ Prezidenti Donald Trampın Rusiya neftinin idxalına görə Hindistana 25 faizlik tarif tətbiq etməsindən dərhal sonra imzalanıb. Bu addım Nyu-Dehlidə Vaşinqtona bir növ cavab jesti kimi dəyərləndirilir.

Bundan əvvəl Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval ABŞ-ın yeni tarif qərarını tənqid edərək bildirib:

“Bu hərəkətlər ədalətsiz, əsassız və qəbuledilməzdir. Hindistan öz milli maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək”.

Tahir Turan
Globalinfo.az