Hindistan Ermənistana hərbi attaşe göndərir

“Hindistan 10 ölkəyə hərbi attaşe göndərir və Ermənistanda da ilk dəfə olaraq hərbi nümayəndə təyin olunacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə PTI məlumat yayıb.

Nəşrin yazdığına görə, islahat digər məsələlərlə yanaşı, Rusiya, Fransa və Böyük Britaniya kimi böyük diplomatik missiyaları olan ölkələrdə ordu, donanma və hərbi hava qüvvələrinin nümayəndələrinin sayını “optimallaşdırmaq” yolu ilə həyata keçirilir. Dehli başqa 15-16 ölkəyə də hərbi attaşe göndərir.

Nəşrin məlumatına görə, Ermənistanda ilk dəfə hərbi attaşe təyin edilib və Hindistan İrəvanla artıq Pinaka qurğularının, “Akaş” qısa mənzilli zenit-raket kompleksinin və digər silahların tədarükü barədə razılığa gəlib.

Safura Bənnayeva
Globalinfo.az