Rusiyada terakt cəhdi: erməni saxlanıldı – VİDEO

Gürcüstandan Rusiyaya partlayıcı maddə daşımağa cəhd edənlər saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, 2 Ermənistan, 3 Gürcüstan və 7 Ukrayna vətəndaşı hərbi istehsal olan 14 kiloqram həcmdə S-4 partlayıcıları daşıyarkən tutulublar.

Məlumata görə, partlayıcı Odessadan gətirilib və Gürcüstan ərazisi ilə Rusiyaya keçirilməsinə cəhd edilib.

Bu partlayıcının kənardan idarə olunduğu, yüksək səviyyəli mütəxəssislər tərəfindən hazırlandığı və böyük ölüçdə zərər vurmağa hesablandığı açıqlanıb.

Partlayıcılar vasitəsilə Gürcüstan və ya Rusiyada terror hücumu həyata keçirməyin planlandığı ehtimal olunur.

İddialara görə, partlayıcıların daşınmasını ukraynalı deputat Andrey Şaraşidze təşkil edib.

Ayşən Mustafa
Globalinfo.az