Hikmət Mirzəyevin təyinatına rus hərbi ekspertdən reaksiya

Azərbaycan Silahlı Qüvvələrində mühüm təyinat olub. General-leytenant Hikmət Mirzəyev Azərbaycan müdafiə nazirinin müavini təyin edilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq İqor Korotçenko deyib.

“Bu, həm xidmətlərin, həm də Azərbaycan Ordusunun gələcək inkişaf meyillərinin göstəricisidir. Mirzəyevin təyinatı Prezident İlham Əliyevin son dərəcədə uğurlu, əsaslı, dəqiq və “beşlik” adlanacaq kadr qərarıdır”, – o bildirib.