Hikmət Mirzəyev Türkiyə-Suriya sərhədində – VİDEO

Hikmət Mirzəyev Türkiyə-Suriya sərhədində - VİDEO

Türkiyədə səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Selçuk Bayraktaroğlu ilə birgə Suriya ilə sərhəddə yerləşən Kilis vilayətində olub.

Globalinfo.az xəbər verir ki, məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin “X” səhifəsində dərc edilib.

Belə ki, iki qardaş ölkənin ordu rəhbərliyinin nümayəndələri Türkiyə Silahlı Qüvvələrinin Suriya ilə sərhəddəki postlarından birində olublar.

S.Bayraktaroğlu Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinə qardaş dövlətin ordusunun istifadə etdiyi silah və sistemlər barədə məlumat verib, Türkiyə hərbçilərinin təcrübəsindən danışıb.

Türkiyə və Azərbaycan Quru Qoşunları komandanlıqları arasında əməkdaşlığın və koordinasiyanın dərinləşdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

***15:14

Türkiyədə rəsmi qonaq qismində səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini və Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyənin Quru Qoşunları Komandanı, general Səlcuq Bayraktaroğlu, eyni zamanda, Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı ilə birgə Kilis Çıldırobadakı 6-cı Korpus və Şəhid Mehmet Sərhəd Polis İdarəsinə baş çəkib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, general Bayraktaroğlu Türkiyə və Azərbaycan Quru Qoşunları Komandanlıqları arasında artan hərbi əməkdaşlıq və koordinasiyaların inkişaf etdirilməsi, eləcə də silah və sistemlər haqqında məlumat verərək əməliyyat sahələrində əldə edilən təcrübələri diqqətə çatdırıb.

Hikmət Mirzəyev Türkiyə-Suriya sərhədində - VİDEO

Hikmət Mirzəyev Türkiyənin Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı ilə birgə Sərhəd Polis İdarəsinə baş çəkib - FOTO - VİDEO Hikmət Mirzəyev Türkiyənin Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı ilə birgə Sərhəd Polis İdarəsinə baş çəkib - FOTO - VİDEO Hikmət Mirzəyev Türkiyənin Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı ilə birgə Sərhəd Polis İdarəsinə baş çəkib - FOTO - VİDEO Hikmət Mirzəyev Türkiyənin Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı ilə birgə Sərhəd Polis İdarəsinə baş çəkib - FOTO - VİDEO Hikmət Mirzəyev Türkiyənin Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı ilə birgə Sərhəd Polis İdarəsinə baş çəkib - FOTO - VİDEO Hikmət Mirzəyev Türkiyənin Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı ilə birgə Sərhəd Polis İdarəsinə baş çəkib - FOTO - VİDEO