Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla Ermənistanla sülh müqaviləsi üzrə danışıqları müzakirə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitterdə paylaşım edib.
“Biz Azərbaycan-Ermənistan arasında ikitərəfli əlaqələri, regional təhlükəsizlik məsələlərini, normallaşma və sülh müqaviləsi üzrə danışıqları nəzərdən keçirdik. Azərbaycanın regional sülh gündəmini irəli aparmaq əzmində olduğunu bildirdim”, – Prezidentin köməkçisi qeyd edib.
Today had telephone call w/ @jakejsullivan National Security Advisor of @POTUS. We reviewed bilateral ties, regional security issues, normalisation and peace treaty talks between Azerbaijan-Armenia. Expressed Azerbaijan’s resolve to move forward regional peace agenda.
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 22, 2022














