Hikmət Abbasovun yerinə polkovnik gətirildi – FOTO

Hikmət Abbasovun yerinə polkovnik gətirildi - FOTO

Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinat olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini-qərargah rəisi polkovnik Asif Məmmədli tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə o, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi təyin edilib.

Asif Məmmədli daha əvvəl FHN-in Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində də çalışıb.

Xatırladaq ki, bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasov vəzifəsindən azad edilib.

Hikmət Abbasovun yerinə polkovnik gətirildi - FOTO