69e2130cc191369e2130cc1914177642369269e2130cc191169e2130cc1912

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatı davam edir.

Globalinfo.az Apasport.az-a istinadla xəbər verir ki, yarışın ikinci günündə bir cüdoçumuz mübarizəyə qoşulub

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Olimpiya çempionu Hidayət Heydərov tatami üzərinə çıxıb.

O, 1/16 final mərhələsində yunanıstanlı Konstantinos Tsaparasla qarşılaşıb. Təmsilçimiz ipponla qələbə qazanaraq 1/8 finala yüksəlib.

Heydərov 1/8 finalda Dardan Çenaya (Kosovo) qalib gəlib. Olimpiya çempionu 1/4 finalda Fransanı təmsil edən Dayyan Boulemtafesdən üstün olub. O, yarımfinalda Bilal Çiloğlu (Türkiyə) ilə qarşılaşıb.

Bu dueldən də qalib ayrılan Hidayət adını finala yazdırıb. Onun həlledici raunddakı rəqibi gürcüstanlı Laşa Şavdatuaşvili olub.

Rəqibinə finalda məğlub olan Olimpiya çempionumuz gümüş medalla kifayətlənib.

Qeyd edək ki, turnirin ilk günündə iki cüdoçumuz — Əhməd Yusifov və Turan Bayramov bürünc medal qazanıb.

Paylaş: