Əliheydər Ağakişiyev vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosenti, əməkdar müəllim Əliheydər Ağakişiyev vəfat edib.

Globalinfo.az xəbər verir ki, o, 66 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Ağakişiyev BDU-nun 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar müəllim adına layiq görülüb.