Hizbullahın əsas idarəetmək orqanı – Məşvərət Şurası icraiyyə komitəsinin rəhbəri vəzifəsində çalışmış Haşim Səfiəddin təşkilatın yeni baş katibi seçilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al-Arabiya” məlumat yayıb.
Səfiəddinin seçilməsi ilə bağlı rəsmi məlumat yayılmayıb.

Haşim Səfiuddin 1964-cü ildə Livanın cənubundakı Deyr Qanun əl-Nahrda nüfuzlu şiə ailəsində anadan olub. “Hizbullah”ın yüksəkvəzifəli rəsmisi Həsən Nəsrullahın ana tərəfdən qohumudur. O, hərəkatın İcraiyyə Şurasının rəhbəri, təhlükəli beynəlxalq terrorçu sayılır, “Hizbullah”ın “ikinci nömrəsi” hesab olunur.
2017-ci ildə ABŞ Dövlət Departamenti onu terrorçu kimi tanıyıb.
Livana geri çağırılana qədər Haşim Səfiuddin Nəcəf (İraq) və Qumda (İran) Nəsrullahla ilahiyyat təhsili alıb. 1995-ci ildə o, hərəkatın ən yüksək qurumu olan “Məclis əş-Şura”ya (Məşvərət Məclisi) təyin edilib. Haşim Səfiuddin “Cihad Şurası”nın rəhbəri təyin olunub.
O, “Hizbullah”ın üç əsas liderindən biridir – digər ikisi İsrail qüvvələri tərəfindən öldürülən Həsən Nəsrullah və Naim Qasimdir. 2006-cı ildə baş katib vəzifəsinə Həsən Nəsrullahın mümkün varisi kimi onun namizədliyi göstərilib.
2020-ci ilin iyun ayında oğlu Seyid Rza Haşim Səfiuddin keçmiş Qüds Qüvvələri komandiri Qasim Süleymaninin qızı Zeynəb Süleymani ilə evlənib.
Xatırladaq ki, dünən Livan “Hizbullah”ının lideri Həsən Nəsrullahı Seyid Haşim Səfiuddinin əvəz edəcəyi gözlənildiyi açıqlanmışdı.














