Müdafiə Nazirliyinin “İstirahət evi” rəisi saxlanılıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.
Mayor İlham Haqverdiyev rüşvət ittihamı ilə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə cinayət işi açılıb.
Onun barəsində qətimkan tədbiri seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə təqdimat daxil olub. Təqdimata baxılacaq.














