Rusiya xüsusi hərbi əməliyyatlardan geri çəkilmək niyyətində deyil.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin “Vətənin müdafiəçiləri” fondunun əməkdaşları ilə görüş keçirib və oğlunu müharibədə itirən qadınlardan biri əməliyyatları sona qədər aparmağı və dayanmamağı xahiş edib.
“Biz bunu etməyi heç düşünmürük də”, – Rusiya Prezidenti bildirib.
Aysel Əliyeva
Globalinfo.az














