22:03
“Qəzadan dəqiqələr öncə sərnişinlərə “hər şey yaxşı olacaq” deyən stüardessa Hökümə Əliyevanın adına sağ qalanlar siyahısında rast gəlinməyib.
Globalinfo.az xəbər verir ki, sosial şəbəkədə Hökümə Əliyevanın paylaşılan fotosunun altına xalası qızı olduğunu yazan şəxs onun vəfat etdiyini qeyd edib.
Ə.Hökümənin qardaşı Coşqun Nəsibli “Unikal.az”a bildirib ki, bacısının şəxsiyyətinin müəyyən edilməsi üçün ondan analiz götürülüb:
“Prokurorluqdan gəlirəm, məndən DNT analizi götürdülər. Yəqin vəziyyət pisdir, hələ müəyyən edə bilməyiblər”.
***
Hökümə Əliyevanın atası Cəlil Əliyev “Qafqazinfo”ya açıqlamasında qızının taleyi ilə bağlı suala belə cavab verib:
“Bu gün təyyarə qəzasında ekipaj üzvləri arasında olanlardan biri də, mənim qızım Hökümə Əliyevadır. Azərbaycan Hava Yollarından mənə zəng edib dedilər ki, başınız sağolsun! Başqa heç nə bilmirəm”.
O bildirib ki, Hökümə 2016-cı ildən Azərbaycan Hava Yollarında çalışıb.
Qeyd edək ki, Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan olan Gəncə sakinidir. O, BDU-nun Hüquq fakültəsinin magistratura pilləsini bitirib.














