Hər iki seçki bizi qane etdi – MSK sədri

Hər iki seçki bizi qane etdi - MSK sədri

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov həm prezident, həm də parlament seçkilərinin onları qane etdiyini bəyan edib.

Globalinfo.az xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında Məzahir Pənahov qeyd edib ki, qurumun təsdiq etdiyi seçkilərlə bağlı maarifləndirmə işləri çox əhatəli idi:

“Bütün beynəlxalq qurumlar təcrübə mübadiləsi aparmağa müsbət yanaşdılar. MSK prosesləri lazımi səviyyədə yerinə yetirə bildi. Komissiya üzvlərinə təşəkkür edərək, növbəti tədbirlərə hazırlaşmağı tövsiyə edirəm”.