Həmkarları Matviyenkonu boykot etdi – VİDEO

Həmkarları Matviyenkonu boykot etdi - VİDEO

İsveçrədə keçirilən Dünya Parlament Sədrlərinin Konfransında Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun çıxışı zamanı bir sıra ölkələrin nümayəndələri zalı tərk ediblər.

Globalinfo.az bakupost.az-a istinadən xəbər verir ki, Matviyenkonun çıxışına qarşı öncədən Ukrayna parlamenti tədbir iştirakçılarını boykota çağırmışdı.

Rusiya Federasiya Şurasının sədrinin çıxışı zamanı bir neçə ölkənin nümayəndə heyəti etiraz əlaməti olaraq zalı tərk edib.

Hadisə siyasi etiraz jesti kimi qiymətləndirilib.