Həmin taxta parçası 719 min dollara satıldı

“Titanik” filminin son səhnəsində Rouzu ölümdən xilas eləyən taxta parçası 718,750 dollara satılıb.

Globalinfo.az Kult.az-a istinadən xəbər verir ki, satış “Planet Hollywood” restoran və kurort şəbəkəsinə məxsus rekvizit və kostyumların hərracında həyata keçirilib.

Qeyd edək ki, 1997-ci ildə ekranlara çıxan film 11 nominasiyada Oskar mükafatı qazanıb.